Yarım kiloqram albalı 10 min dollara satıldı

Yarım kiloqram albalı 10 min dollara satıldı

Yaponiyada keçirilən auksionda yarım kiloqram albalı 10 min dollara yaxın qiymətə satılıb.

Oxuməni.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın kənd təsərrüfatı kooperativlərinin yerli birliyi məlumat yayıb.

Qeyd olunub ki, "Yamagata Prefecture" müəssisəsinin erkən məhsul verən "Satonisiki" çeşidinin seçilmiş meyvəsinə yüksək qiymət verilməsi yetişdirmə texnologiyasına görədir. Belə ki, ağaclar xüsusi qablarda böyüyür. İyundan oktyabr ayının əvvəlinə qədər soyuducuya qoyulur və sonra istixanaya köçürülür. İstixana gündüz 25 dərəcə, gecə 13 dərəcə temperaturda olur.

Bu albalı növünün yetişdirildiyi Tendo şəhəri Yaponiyada ən erkən məhsul götürən bölgədir. "Yamagata Prefecture" ənənəvi olaraq Yaponiyada istehsal olunan bütün albalıların 75%-ni təşkil edən ən dadlı albalı tədarükçüsü hesab olunur.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az