Azərbaycanlı qadından inanılmaz ər sevgisi: Ərinə Atillanın taxtından düzəltdirib

Azərbaycanlı qadından inanılmaz ər sevgisi: Ərinə Atillanın taxtından düzəltdirib

Azərbaycanda yaşayan və Türkiyənin Bursa şəhərində biznesi olan qadın əri üçün qədim Hun İmperatoru Atillanın taxtına bənzər taxt sifarişi verib. Taxt 3 aya yaxın davam edən iş nəticəsində hazır olub və görənləri heyrətləndirib.

Oxuməni.az xəbər verir ki, taxtın bazar dəyəri 10 min dollar qiymətləndirilir, çəkisi isə 500 kiloqramdan çoxdur.

Bildirilir ki, həmin qadın Bursanın İnegöl rayonunda emalatxanası olan Metin Çiftçi ilə əlaqə yaradaraq ondan əri üçün taxt düzəltməyi istəyib və Atillanın taxtının fotosunu ona göndərib. Sifariş əsasında Hun imperatorluğunun hökmdarı Atillanın taxtından başlayaraq, əvvəlcə araşdırma aparılıb. Qadının göndərdiyi foto əsasında araşdırma aparan taxta mebel ustası Metin Çiftçi işə başlayıb. Taxt tamamən gürgen ağacından, heç bir mexaniki dəzgahdan istifadə edilmədən əl əməyi hesabına başa gəlib. İşin hər mərhələsi tamamlandıqca usta fotolar çəkərək müştəriyə göndərib. İndi taxt hazırdır.

"İş görərkən tələsmədik, qurdun (Atillanın taxtı canavar formasındadır) zahirini, bütün görkəmini tam əks etdirməyə çalışdıq. Hesab edirəm ki, pis alınmadı, ortaya bu nəticə çıxdı. Bitirəndə həm müştərimiz, həm görənlər çox bəyəndi. Bu taxt əvvəlcə Bursaya, oradan Azərbaycana göndəriləcək. Qadın bunu əri üçün düzəltdirib. Ərinin xəbəri yoxdur bundan, ona sürpriz edəcək", - usta deyib.

Beləliklə, indi ərini Atilla zənn edən azərbaycanlı biznesvumenin bu sifarişi artıq sürpriz sayılmaya da bilər, necə də olsa taxtın barəsində xəbər artıq yayıldı və onun görüntüləri ictimailəşdi.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az