Azərbaycan KİV rəhbərlərinin Ankaraya səfər proqramı davam edir - FOTOLAR

Azərbaycan KİV rəhbərlərinin Ankaraya səfər proqramı davam edir - FOTOLAR
Səfər dekabrın 16-dək davam edəcək

Aərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 15 nəfərlik nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri başlayıb. Nümayəndə heyətinin səfər çərçivəsində Türkiyənin rəsmi dövlət qurumlarında, informasiya məsələlərinə məsul olan təşkilatlarda, həmçinin aparıcı KİV-lərin redaksiyalarında görüşləri nəzərdə tutulub. Səfər proqramı dekabrın 12-də Ümumilli lider Heydər Əliyevin Ankara şəhərindəki abidəsinin ziyarət edilməsi ilə başlayıb. Ankarada Heydər Əliyev adına parka gələn KİV təmsilçiləri burada Ümumilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra Türkiyə Cümhuriyyəti Baş Bakanlığının Basın Yayın və İnformasiya Genel Müdirliyində nümayəndə heyətinin qurumun başqanı Mehmet Akarca ilə görüşü keçirilib.

Nümayəndə heyətinin rəhbəri, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin, Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Məmmədov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Xalq" qəzetinin baş redaktoru Həsən Həsənov Azərbaycan-Türkiyə KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə fikirlərini bölüşüblər.

Nümayəndə heyətinin növbəti görüşü Türk İşbirligi və Koordinasiya Agentliyində (TİKA) baş tutub. TİKA başqanı Sərdar Çam nümayəndə heyəti ilə görüşdə rəhbərlik etdiyi qurumun dünyada gerçəkləşdirdiyi layihələr barədə məlumat verib. KİVDF-nin icraçı direktoru V.Səfərli Fondun TİKA ilə əməkdalığı və gələcək perspektivlər barədə fikirlərini bölüşüb. Səfər proqramı davam edir. Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, Fondun Müşahidə Şurasının sədr müavini, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Fondunun Müşahidə Şurasının üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Mediainfo.az" İnformasiya Agentliyinin baş redaktoru Emin Axundov, "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, Fondun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, "Şərq qapısı" qəzetinin baş redaktoru Tural Səfərov və Fondun aparıcı məsləhətçisi Ramin Kərimli daxildirlər. Səfər proqramı dekabrın 16-dək davam edəcək.

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.12.02

2021.12.01

2021.11.30

2021.11.29

2021.11.28

2021.11.27

2021.11.26

2021.11.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az