Bu gün BMM-də jurnalistlər mükafatlandırıldı

Bu gün BMM-də jurnalistlər mükafatlandırıldı

KİVDF 2016-cı ildə 445 jurnalistə mükafat verib

Dekabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi yazı müsabiqəsinin qaliblərinin (2-ci və 3-cü yerlər) mükafatlandırılması mərasimi keçirilib.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli tədbirdə bildirib ki, rəhbərlik etdiyi Fond 2016-cı il ərzində ayrıca olaraq 3, müxtəlif dövlət və hökumət qurumları ilə birlikdə isə 7 jurnalist yazıları müsabiqəsi keçirib. Onlardan üçü Fond tərəfindən keçirilib, digər 7 müsabiqəni isə KİVDF Mədəniyyət və Turizm Nazirliyi, Nizami, Suraxanı rayon və Gəncə şəhər İcra hakimiyyətləri, "Azərsu" və "Azərişıq" ASC-lərlə birgə keçirib.

V.Səfərli deyib ki, bu il "Multikulturalizm ili" ilə əlaqədar olaraq Fond Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə iki müsabiqə keçirib. Bundan başqa, Fond Xaçmaz və İsmayıllı rayonlarında da tədbirlər təşkil edib.

V.Səfərli sonra qeyd bildirib ki, bu il KİVDF-nin elan etdiyi müsabiqələrdə ümumilikdə 806 jurnalist iştirak edib. Onlardan 445 jurnalist qalib olub, diplomlar və pul mükafatları ilə təltif olunublar.

V.Səfərli KİVDF-nin müsabiqələrdə qalib olmuş ən yaxşı yazılardan ibarət "Sözün Zirvəsində" kitabının ikinci cildini təqdim edib. İndiyə qədər 100 qalib yazının kitab halında çap olunduğunu deyən KİVDF rəhbəri bildirib ki, bu il kitabın ikinci cildi çapdan çıxıb. İkinci cilddə 57 müəllifin yazısı var.

KİVDF rəhbəri qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən müsabiqəyə 160 yazı daxil olub. Həmin yazılardan 114-ü qalib elan olunub.

Sonra yazıların qiymətləndirilməsində iştirak edən ekspertlərdən Cahangir Məmmədli, Müşfiq Ələsgərli, Vüqar Rəhimzadə, deputat Hikmət Babaoğlu çıxış edib fikir və təkliflərini bildiriib.

Tədbirin sonunda müsabiqənin qalibləri mükafatlandırılıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az