Firidun bəy Köçərli : Azərbaycanın mahir maarifçisi, elm, təhsil fədaisi və ədəbiyyatşünas alimi

Firidun bəy Köçərli : Azərbaycanın mahir maarifçisi, elm, təhsil fədaisi və ədəbiyyatşünas alimi

Əvvəli ötən sayımızda

Azərbaycan Xalq Cumhuriyyətinin rəhbəri, o dövrdə müstqilliyimizin əldə edilməsində önəmli xidmətləri olan Məmməd Əmin Rəsulzadə Firudin bəy Köçərlinin pedaqoji və millı vətənpərvərliyinə olduqca yüksək dəyər verərək demişdi:: “Firudun bəy Köçərli Azərbaycan ədəbiyyatının tədqiqiylə yeganə məşğul bulunan qiymətdar bir mühərrir, müəllim və alim idi”.

Azərbaycan ədəbiyyatının inkişaf etdirilərək yeni zirvələr fəth etməsində böyük xidmətləri olan görkəmli yazıçı Mir Cəlal da Firudin bəy Köçərlinin elmi, pedaqoji, dilimizin qorunması və inkişaf etdirilməsi uğrunda apardığı mübarizəyə böyük dəyər vermişdi. Mir Cəlal Firudin bəy Köçərli haqqında:

“Firidun bəyin ədəbiyyat tədqiqatı Azərbaycan ədəbiyyatşünaslığı üçün çox qiymətli və tarixi xidmətdir. Onun sayəsində qədim dövrün bir çox şairləri və əsərləri meydana çıxarılıb xalqa tanıdılmışdır. Yenə onun tədqiqatı sayəsində böyük-kiçik Azərbaycan şairləri haqqında, vaxtında ilk təsəvvür hasil edilmişdir. Onun əsərləri uzun illər qədim ədəbiyyat tarixçiləri üçün mənbə və vəsait olmuşdur. Bir institutun görə bilmədiyi işi F.B.Köçərli təkbaşına görmüşdür”,-deyib.

Təbii ki, Firudin bəy Köçərlinin pedaqoji fəaliyyətinə, xalqının savadlanması, ana dilimizi milli varlığımızın aynası hesab etməsi,dərs dediyi şagirdlər arasında millətinə xeyirli nəslin yetişməsindəki xidmətlərinə belə bir yüksək dəyər verilməsi onun sözün əsl mənasında onun böyük vətənpərvər olduğunu bir daha təsdiq edir. Şübhəsiz ki,F iridun bəy Köçərlinin ən böyük xidmətlərindən biri də hələ 1906-cı ilsə keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında Qori Müəllimlər Seminariyasının Azərbaycana köçürülməsi barədə təşəbbüslə çıxış etməsidir. O dövrdə müəyyən səbəblər üzündən bunu həyata keçirmək olmadı. Lakin 1918-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Firidun bəy tərəfindən irəli sürülən təşəbbüsün həyata keçirilməsinə, yəni Qori Müəllimlər Seminariyasının Qazaxa köçürülməsinə imkan yarandı. Azərbaycan xalq Cümhuriyyəti rəhbərliyinin ilk işlərindən biri də məhz Firidun bəy Köçərlinin təklifinə əsasən Qori Müəllimlər Seminariyasının Azərbaycana köçürülməsi barədə Xalq Maarif Nazirliyinə tapşırıq verdi. Məsələnin ciddiliyini nəzərə alaraq öz növbəsində Xalq Maarif Nazirliyi tərəfindən Qori Müəllimlər Seminariyasının Azərbaycana köçürülməsi barədə xüsusi qərar qəbul edildi. Qəbul edilən qərara uyğun olaraq 1918-ci il sentyabr ayının 1-də Qori Müəllimlər Seminariyasının Azərbaycan a köçürülməsinə başlanıldı. Köçürülməyə rəhbərlik edilməsi Firidun bəy Köçərliyə tapşırılmışdı. Onun birbaşa nəzarəti altında Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin bütün kitablarını, avadanlığını və vəsaitini vaqonlara doldurub Qazax şəhərinin yaxınlığındakı Ağstafa stansiyasına gətirdilər. Məhz Firidun bəyin gərgin əməyi, təşkilatçılıq səyləri nəticəsində bu iş yüksək səviyyədə və uğurla həyata keçirildi. Bununla da Azərbaycan elminin təhsilinin inkişaf etdiirlməsi sahəsində yeni bir dövr başladı və adı çəkilən məsələyə münasibətdə Firidun bəyin arzuları həyata keçirilmış oldu. Azərbaycan Xalq Maarif Nazirliyi Firidun bəyin zəngin maarifçilik pedaqoji təcrübəsini nəzərə alaraq onu Qazax Müəllimlər seminariyasının direktoru təyin etdi. Seminariyada dərs deyəcək müəllim kadrlarının azlığına baxmayaraq Firidun bəy qısa müddətdə təcrübəli, şəxsən yaxından tanıdığı və əksəriyyəti Qori Müəllimlər seminariyasının yetişdirməsi olan müəllim kadrları işə dəvət edərək problemi qismən də olsa aradan qaldıra bildi. Eyni zamanda Firidun bəyin gecəli-gündüzlü əməyi və AXC rəhbərliyinin maliyyə yardımı nəticəsində Qazax Müəllimlər Seminariyasınınn dərsliklərə olan tələbatını da müəyyən dərəcədə təmin etmək mümkün oldu. Necə deyərlər görkəmli pedaqoq və dövrünün tanınmış maarifçi xadimi olan Firudin bəy Köçərlinin Qazax müəllimlər Seminariyasına direktor təyin edilməsi tezliklə öz bəhrəsini verdi və qısa müddətdə onun rəhbərliyi altında Azərbaycandakı məktəblər üçün onlarla milli müəllim kadrları hazırlandı. Firidun bəy maarifçi, görkəmli ədəbiyyatşünas alim olmaqla yanaşı həm də millətinin azadlığı uğrunda mübarizədə canından keçməyə belə hazır olan bir vətənpərvər sözün həqiqiq mənasında əsl Azərbaycan Türkü idi. Biz bunu Firidun bəyin Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal ediləndən sonra xalqlnı müstəmləkələrə qarşı yenidən azadlıq mübarizəsinə səfərbər etməsinda də aydın görürük 1920-ci ilin may ayında Gəncədə baş verən azadlıq və qəhrəmanlıq üsyanında Firidun bəyin xalqı milli mücadiləyə səsləməsi də onunz zəngin milli mənəviyyatından xəbər verirdi. Həmin dövrdə Firidun bəyin xalq arasında böyük hörmətə malik olmasından qorxuya düşən ermənilər onu aradan qaldırmaq üçün bəhanə axtarırdılar. Gəncə üsyanı bolşeviklər tərəfindən amasızcasına yatırılandan sonra düşmənlər Firidun bəyi aradan qaldırmaq üçün bəhanə əldə etmiş oldular. Xain erməni gədası Sarkis Danilyan dərhal Gəncə üsyanın yatırılmasından sonra baş verənlərdə Firidun bəyin xüsusi rol oynadığı barədə 20-ci diviziyanın komandanlığına donos yazdı. Onun bu donosu əsasında da Firidun bəy həbs edildi. Sarkis Danilyanın diktəsi ilə tərtib edilən saxta ittihamnamədə yazılmışdı: "4 iyun 1920-ci il. Gəncə: "Mən 20 diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqablçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinsiki Qazaxda millətçilik ehtiraslarını qızışdırmışdır, nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir... Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini rədd etmək lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər".

Beləliklə ürəyi Azərbaycan eşqi ilə alışıb yanan xalqının maarifləndiirlməsi, zülmətlərdən aydınlığa çıxması üçün həyatını, bütün ömrünü şam kimi əridən Firidun bəy, bu böyük türk sevdalısına Sarkis Danilyanın fitvası əsasında ölüm hökmü çıxarılır

Yenə də təəssüflər olsun ki, Firidun bəyə güllələnmə kəsilməsi haqqında çıxarılan hökmün altında sapı özümüzdən olan baltanın- Fövqıladə komissar Həmid Sultanovun imzası olub. Amma Allahın ədaləti burada da özünü göstərib. Firidun bəyin ölüm hökmünə imza atan xaim satqın Həmid Sultanov sonralar elə öz dostları tərəfindən həbs edilərək eyni saxta ittiham əsasında güllələndi. Yeri gəlmişkən deyək ki, Firidun bəyin həbsi barədə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova xəbər çatanda o dərhal onun azadlığa buraxılması haqqında göstəriş vermişdi. Bunu öncədən hiss edən düşmənlər Firidun bəyi aradan qaldırmağa nail oldular. Guya o təsadüfən arxadan atılan güllənin qurbanı olub. Bu barədə Nəriman Nərimanova da məlumat verdilər. Beləliklə Türkün bu oğlu tarixboyu xainlik və xəyanətlərlər üzərində köklənən mənfur erməni millətinin nünayəndəsi Sarkis Danilyanın güdazına getdi.

Bununla belə Azərbaycan xalqı özünün böyük maarifpərvər oğlunu unutmadı. Ötən əsrin ortalarından ibarət Firidun bəy Köçərlinin adı yenidən ədəbi, elmi, ictimai həyatımızda anılmağa başladı. Onun elmi-ədəbi yaradıcılığı, özündən sonra qoyub getmiş olduğu böyük ədəbi irs yenidən tədqiq edilərək ona layiq olduğu qiymət verildi.Bu d atəsadüfi deyildi. Azərbaycan ədəbiyyatı tarixində adıçəkilən sahəni sistemli halda öyrənmək, tədqiq etmək məhz Firidun bəy Köçərliyə nəsib olub. Onun ədəbiyyat tariximizdə ən böyük xidmətlərindən biri də məhz elmi şəkildə araşdıraraq ərsəyə gətirdiyi Azərbaycan ədəbiyyatı əsəridir. Azərbaycanda elm, təhsil sahəsində əvəzsisz xidmətləri olan Firidun bəy Köçərlinin həm maarifçilik, həm də ədəbiyyat tariximizdə önəmli bi iz qoyduğuna diqqəti cəlb edən akademik Feyzulla Qasımzda onu böyük insan adlandırmış və ədəbi irsinə böyük qiymət vermişdi.

Tanınmış tədqiqatçı Kamal Talıbzadə Firidun bəy Köçərli yaradıcılığını araşdıraraq onun elm, təhsil və ədəbiyyatımızdakı xidmətlərini xüsusı qeyd etmişdi. Kamal Talıbzadə Firidun bəy Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi əsərini "Azərbaycan türklərinin ədəbiyyatı" adlandırmışdı..

Firidun bəy Köçərlinin həyatını tədqiq edən Akademik Bəkir Nəbiyev "Mənalı ömürdən səhifələr" adlı dəyərli tədqiqatında yazır: "Abasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsəri tarixşünaslıqda olduğu kimi Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" da ədəbiyyatşünaslığımızda ilk və mötəbər mənbələrdən biridir".

Beləliklə üstündən illər ötəndən sonra belə Azərbaycan türklərinin böyük oğlu olan Firidun bəy Köçərli xalqımızın qəlbində yaşamaqda davam edir və davam da edəcək.

Əziz Mustafa

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti ilə hazırlanıb

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.07.07

İraqda terror İraqda terror 7 İyul 17:00

2020.07.06

Hindistanda partlayış Hindistanda partlayış 6 İyul 10:07

2020.07.05

2020.07.04

2020.07.03

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az