Dünya Səhiyyə Təşkilatı: Koronavirusun təsir gücü dəyişməyib

Dünya Səhiyyə Təşkilatı: Koronavirusun təsir gücü dəyişməyib

"COVID-19 virusunun təsir gücü dəyişməyib və əvvəlki kimi təhlükəlidir".

Mediainfo.az xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib.

“Bəziləri virusun zəiflədiyini iddia edir, amma səhv fikirdir. Virus dəyişməyib, təsir gücü də, yaratdığı təhlükə də əvvəlki kimidir”, – o deyib.

Onun sözlərinə görə, virusun genetik cəhətdən müxtəlif olması elə bir əhəmiyyət daşımır, çünki virusun davranışını müəyyənləşdirən əsas genlərdə dəyişiklik yoxdur.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az