Rusiyanın avropa hissəsinin mərkəzində anomal soyuqlaşma gözlənilir

Rusiyanın avropa hissəsinin mərkəzində anomal soyuqlaşma gözlənilir

Havanın temperaturu çərşənbə günü Rusiyanın avropa hissəsinin mərkəzində gündüz 14-19 dərəcəyə qədər enəcək.

Mediainfo.azz Tass-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand deyib ki, temperatur anomaliyaları 4 dərəcəyə çatacaq, payız havası hökm sürəcək.

"Rusiyanın avropa hissəsinin mərkəzində güclü və gözəçarpan soyuqluq olacaq. Çərşənbə axşamı, temperaturun düşməsi gözlənilir, şimal küləyi əsəcək, temperatur gündüz 20 dərəcə, sonra isə temperatur daha da aşağı olacaq, yəni 14-19 dərəcə arasında dəyişəcək. Bu, 3-4 dərəcə normasından aşağıdır", - deyə o bildirib.

Bu dövrdə küləyin güclənəcəyi proqnozlaşdırılır ki, bu da temperaturun fiziki cəhətdən daha aşağı hiss olunmasına gətirib çıxaracaq.

Normal hava rejiminə qayıdış həftənin sonuna qədər proqnozlaşdırılır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az