Qazaxıstanda koronavirus bir həftə ərzində 210 nəfərin həyatına son qoyub

Qazaxıstanda koronavirus bir həftə ərzində 210 nəfərin həyatına son qoyub

Qazaxıstanda ötən gün 1499 koronavirus infeksiyasına (793 simptomatik daşıyıcı və 906 asimptomatik daşıyıcı) yoluxma halı qeydə alınıb. Yeni COVID-19 yoluxma hallarının əksəriyyəti Nur-Sultan (226), Almatı (221), Qaraqanda vilayətində (148) və Atırau bölgəsində (130) qeydə alınıb.

Mediainfo.az xəbər verir ki, Qazaxıstanda bir həftə ərzində 210 nəfər koronavirusdan həyatını itirib. Bu barədə Səhiyyə Nazirliyinin Milli Sağlamlıq Mərkəzi məlumat yayıb.

Mərkəzdən verilən məlumata görə, bu günə qədər ölkədə koronavirus səbəbindən 585 nəfər ölüb.

Xatırladaq ki, iyulun 17-də Qazaxıstanın Səhiyyə naziri respublikada koronavirusdan ölənlərin sayının 464 nəfərə çatdığını bildirmişdi. Beləliklə, respublikada üç gün ərzində koronavirus daha 121 nəfərin ölümünə səbəb oldu.

Qeyd edək ki, ümumilikdə ölkədə 71 838 nəfər koronavirusa yoluxub, 43 401 nəfər sağalıb, 585 nəfər ölüb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az