Fransanı payızda koronavirus “sürprizi” gözləyir

Fransanı payızda koronavirus “sürprizi” gözləyir

Fransada koronavirusun ikinci dalğası payızda yaşana bilər.

Mediainfo.az xəbər verir ki, bunu Fransa hökuməti yanında Elmi Şuranın rəhbəri Jan-Fransua- Delfressi deyib.
Onun sözlərinə görə, 3 ssenarinin olması mümkündür: "Onlardan biri belədir: virus payız və qışda cənub yarımkürəsindən şimal yarımkürəsinə gələcək və sonra yoxa çıxacaq. Növbəti versiyaya görə, ikinci dalğa olacaq. Üçüncü təxminlərə əsasən, virus yenidən geri qayıdaraq xroniki xəstəliyə çevrilir. Belə olan halda virus daha geniş yayılır və il ərzində aşağı intensivliklə azalır".
Elmi Şura rəhbərinin sözlərinə görə, virurun ikinci dalğası oktyabr-dekabr aylarında baş verə bilər.
Qeyd edək ki, Fransada indiyədək 176 mindən çox insan koronavirusa yoluxub, 30 mindən çox ölüm halı baş verib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az