
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşü
17 Noyabr 2024 17:58
ABŞ Çindən 72 saat ərzində Hyustonda baş konsulluğu bağlamağı tələb etdi.
Mediainfo.az xəbər verir ki, bu barədə Reuters məlumat verib.
Bildirilir ki, Çin Xarici İşlər Nazirliyi həmin məlumatı təsdiq edib. Qurum qərarını siyasi təxribat və beynəlxalq hüququn və Çin-Amerika konsulluq müqaviləsinin ciddi şəkildə pozulması adlandırıb. Pekin səhvi düzəltməyə və qərarı ləğv etməyə çağırır, əks halda Çin cavab tədbirləri görəcək.
Məlumdur ki, adıçəkilən konsulluq Çinin ABŞ-dakı altı diplomatik nümayəndəliyindən biridir. Qalanlar Vaşinqton, Nyu-York, Çikaqo, Los-Anceles və San-Fransiskoda yerləşir.
Mediainfo.az