
Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşü
17 Noyabr 2024 17:58
ABŞ Türkiyə ilə problemlərini təzyiq yolu ilə həll etmək istəyir. Vaşinqtonun Ankaradan S-400 raket komplekslərini almaq cəhdləri də bunun əyani sübutudur.
Mediainfo.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Yuri Pilipson deyib.
“ABŞ nəinki Rusiya, hətta NATO-nun ən yaxın müttəfiqlərinin də müstəqil siyasət yürütməsini istəmir. Rəsmi Vaşinqton bunun üçün əlindən gələni edir. Hazırda ABŞ Türkiyənin Rusiyadan tədarük etdiyi S-400 hava hücumundan müdafiə sistemlərini almaq istəyir. Bu da Vaşinqtonun digər ölkələrlə olan problemlərini yalnız təzyiq yolu ilə həll etmək istəyi kimi qiymətləndirilir”, - Pilipson bildirib.
Mediainfo.az