Aya Sofya 86 ildən sonra ibadətə açılıb

Aya Sofya 86 ildən sonra ibadətə açılıb

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb.

Mediainfo.az-ın xəbərinə görə, Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq.

İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq.

Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldakı Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib. Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib. Fərmana əsasən, Aya Sofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.

Aya Sofyaya 3 imam və 5 müəzzin təyin edilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.09.18

"Neftçi" avrokuboklara vida etdi "Neftçi" avrokuboklara vida etdi 18 Sentyabr 2020 09:43

2020.09.17

Sabahın hava proqnozu açıqlanıb Sabahın hava proqnozu açıqlanıb 17 Sentyabr 2020 15:14

2020.09.16

"Qalatasaray" Bakıya gəldi "Qalatasaray" Bakıya gəldi 16 Sentyabr 2020 16:10
Neft sürətlə bahalaşır Neft sürətlə bahalaşır 16 Sentyabr 2020 15:27
Sabaha olan hava proqnozu Sabaha olan hava proqnozu 16 Sentyabr 2020 14:52
Prezident sərəncam imzaladı Prezident sərəncam imzaladı 16 Sentyabr 2020 13:00
Venesuela ABŞ təyyarəsini vurdu Venesuela ABŞ təyyarəsini vurdu 16 Sentyabr 2020 11:11

2020.09.15

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az