“Arbidol” və “Remdesivir” koronavirusla heç bir əlaqəsi olmayan dərmanlardır

“Arbidol” və “Remdesivir” koronavirusla heç bir əlaqəsi olmayan dərmanlardır

Xəstəxanaya vaxtında müraciət edən şəxslərdə xəstəliyin ağırlaşma ehtimalı gec müraciət edənlərə nisbətən çox aşağıdır. Ölüm hadisələri əsasən gec müraciət edən xəstələr arasında müşahidə olunur.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri ölkənin baş infeksionisti Cəlal İsayev Axar.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, orqanizmdə müalicəsiz qalan virus tez bir zamanda inkişaf edib, öldürücü ola bilir:

“Özünümüalicə qəti yolverilməzdir. Kliniki əlamətlər müşahidə olunmayan, virusun yüngül simptomlarını daşıyan xəstələr sahə həkiminin nəzarəti altında, ağır halda olanlar isə xəstəxana şəraitində müalicə almağa davam edirlər. Özündə virusun yüngül simtomlarını aşkar edib və xəstəxanaya müraciət etməkdən boyun qaçıran insanların xəstəliyinin ağırlaşma ehtimalı qalır və ölüm hadisələri də daha çox belə xəstələrdə müşahidə olunur”.

C.İsayev “Arbidol” və “Remdesivir” preparatları barədə də fikirlərini bildirib:

“Arbidol” və “Remdesivir” koronavirusla heç bir əlaqəsi olmayan dərmanlardır. Dünya Səhiyyə Təşkilatının verdiyi qərara əsasən, bu preparatların koronavirus infeksiyasına qarşı heç bir əhəmiyyəti yoxdur. Antiviral dərman yaratmaq çox çətindir. Hətta qripin özünün müalicəsində belə güclü təsirə malik antiviral dərman və ya peyvənd yaratmaq mümkün olmayıb”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az