Yeni sultanın atası Tarıq bin Teymur Türkiyədə böyüyüb

Yeni sultanın atası Tarıq bin Teymur Türkiyədə böyüyüb

Omanın yeni sultanı Heysem bin Tarıq bin Teymur əl-Səid barədə şok məlumat yayılıb.

Mediainfo.az xəbər verir ki, misirli jurnalist Sabır Məşhur yeni sultanın türk olduğunu bəyan edib.

Bir müddət öncə Türkiyə ilə Omanın razılaşdığı barədə iddia ortaya atan misirli jurnalist Oman sultanının anasının türk olduğunu bildirib. O qeyd edib ki, yeni sultanın atası Tarıq bin Teymur Türkiyədə böyüyüb və bir türk qızı ilə evlənib.

Tarıq bin Teymurun Türkiyə vətəndaşlığına da sahib olduğunu deyən Məşhur onun ana dilinin türkcə olduğunu, ərəb dilini sonradan öyrəndiyini vurğulayıb.

Qeyd edək ki, Oman sultanının Türkiyəyə qarşı cəbhədə yer alan BƏƏ şirkətlərini ölkədən qovması da diqqətdən yayınmayıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az