DİN Qurban bayramı ilə bağlı xəbərdarlıq etdi

DİN Qurban bayramı ilə bağlı xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi (DİN) Qurban bayramı ilə əlaqədar vətəndaşlara müraciət edib.

Nazirlikdən Mediainfo.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Qarşıdan gələn Qurban bayramı münasibəti ilə vətəndaşlarımızı təbrik edir, cansağlığı, xoşbəxtlik, hər bir ailəyə bol ruzi-bərəkət arzulayırıq.

Bu bayram günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlamlığa zərər vurmayan şəraitdə yerinə yetirməsinin vacibliyi ilə əlaqədar bildiririk ki, bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyəcək.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq qurbanlıq heyvanların onlayn satış yarmarkalarından alınması üçün yeni istifadəyə verilmiş satış portalına müraciət olunmalıdır (www.qurbanliq.kendden.az).

Xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət edilməsi bir daha vətəndaşlardan tələb olunur".

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az