Koronavirus peyvəndi avqustun 15-dən ruslara təqdim olunacaq

Koronavirus peyvəndi avqustun 15-dən ruslara təqdim olunacaq

Gamaleya adına Mərkəz tərəfindən hazırlanmış Rusiya vaksini avqustun 10-12-də qeydiyyata alınacaq və artıq ayın 15-də vətəndaşlara təqdim oluna bilər.

Mediainfo.az xəbər verir ki, bu barədə "İnterfaks"a hökumətdəki mənbə məlumat verib.

Agentliyin məlumatına görə, preparat "tibbi istifadə vasitələrinin ekspertizasının Elmi Mərkəzi" FQB-yə ekspertizaya verilib. Bundan sonra müvafiq sənədlər Səhiyyə Nazirliyinə daxil olacaq.

Səhiyyə naziri Mixail Muraşko əvvəllər deyib ki, COVİD-19-dan yerli vaksin klinik sınaqların nəticələrinə görə öz effektivliyini və təhlükəsizliyini sübut edib. Onun sözlərinə görə, onun qeydiyyatı 2020-ci ilin avqustuna planlaşdırılır.

Rusiya Elmlər Akademiyasının (REA) rəhbəri Aleksandr Sergeyev qeyd edib ki, əhalinin kütləvi peyvəndini 2021-ci ildən tez başlamaq arzu olunandır, çünki preparatın tam yoxlanılması üçün təxminən yarım il vaxt lazımdır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az