ABŞ-dan Əsədə növbəti zərbə

ABŞ-dan Əsədə növbəti zərbə

ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi “Sezar mülki müdafiə qanun”u çərçivəsində qəbul etdyi 14 yeni sanksiya qərarı ilə Bəşər Əsəd rejiminə qarşı kampaniyanı davam etdirir.

Mediainfo.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

Verilən son qərarların Əsəd rejiminin 2011-2019-cu illərdə “ən qorxunc təqib qurbanlarının xatirəsinə”, bu hadisələrin əsasən Hama və Maarratünnumada baş verdiyini bildirən Pompeo əlavə edib ki, Əsəd ordusu vəhşilik, basqı və korrupsiya simvoluna çatıb:

“Yüz minlərlə insan öldürdülər, sülhpərvər etirazçıları həbs edib işgəncəyə məruz qoydular, məktəblər, xəstəxanalar və bazar yerlərini insan həyatından asılı olmayaraq dağıtdılar”.

Dövlət katibi əlavə edib ki, son sanksiya ilə general Zuheyr Əsəd, Zuheyr Əsədin oğlu Kərəm Əsəd, habelə Bəşər Əsədin oğlu Hafiz Əsəd də qara siyahıya salınıb.

Bundan başqa Bəşər Əsəd rejiminin Birinci Korpusunun da sanksiya altına salındığını bildirən Pompeo əlavə edib ki, qurbanların xatirəsini əziz tutaraq Bəşər Əsəd və rejimdən bunun hesabını sormaqda davam edəcəklər: “Əsədin lazımsız və qəddar müharibəsinin başa çatmasının zamanı gəlib”.

BMT Təhlükəsizlik Şurasıın 2254 saylı qərarı çərçivəsində Suriyada siyasi həll yolunun tapılması çağırışı edən ABŞ dövlət katibi bəyan edib ki, Sezar qanunu və Suriya ilə bağlı digər sanksiyalar əslində Suriya xalqına zərər vemək məqsədi güdmür: “Bu xalqa humanitar yardımı Suriyanın şimal şərqində sabitliyi təmin etmək istiqamətində fəaliyyətimizə maneə olmayacaq”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az