Bu gün Qırğız Respublikasında matəmdir

Bu gün Qırğız Respublikasında matəmdir

Qırğız Respublikasında son sutkada koronavirusdan 17 nəfər həyatını itirib.

Mediainfo.az “Sputnik Kırgız”a istinadən xəbər verir ki, bunu Respublika Səhiyyə Nazirliyinin İctimaiyyət İdarəsinin rəisi Aynur Akmatova iyulun 30-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, pandemiya başlayandan ölkədə 1 364 nəfər virusun qurbanı olub. Son sutkada 631 nəfər koronavirusa yoluxub. Onların ümumi sayı 35 143 nəfərə yüksəlib.

İyulun 30-da Qırğız Respublikasında koronavirusdan ölənlərin xatirəsinin yad edilməsi məqsədilə matəm günüdür. Ölkədə bu məqsədlə bir sıra mərasimlər keçirilir. Respublikada bütün rəsmi qurumların, eləcə də ölkənin xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinin binaları üzərindəki dövlət bayrağı endirilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az