Meksikada məktəblər yeni tədris ilində açılmayacaq

Meksikada məktəblər yeni tədris ilində açılmayacaq

“Ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən məktəblər tədris ilinin əvvəlində - avqustun 24-də açılmayacaq”.

Mediainfo.az xəbər verir ki, bunu Meksikanın Təhsil naziri Esteban Moktezuma açıqlamasında bildirib.

Pandemiyanın dövrümüzün ən böyük çətinliklərindən biri olduğunu deyən nazir bu qərarın şagirdlərin və müəllimlərin sağlamlığının qorunması üçün verildiyini bildirib: “Bu səbəbdən hökumət dərslərin efir vasitəsilə yayımlanmasını qərara alıb. Bunun üçün böyük televiziya şəbəkələri ilə razılaşma əldə edilib”.

Qeyd edək ki, Meksikada koronavirusdan ölənlərin sayı 47 mindən çoxdur. Bu günədək 439 mindən çox yoluxma halı qeydə alınıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az