Almaniyada uçan taksi uğurla sınaqdan keçib

Almaniyada uçan taksi uğurla sınaqdan keçib

Alman mütəxəssislər tərəfindən “CityAirbus” adlı uçan taksi ixtira edilib.

Mediainfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 4 sərnişinlə 100 kilometrə qədər məsafə qət etmək gücündə olan taksilər məsafədən idarə olunur. Elektrik enerjisi ilə işləyən “CityAirbus” saatda 120 kilometr sürət yığır.

İxtiraçılar ümid edirlər ki, yaxın gələcəkdə sözügedən taksilər şəhərlər arasında da uçuş edə biləcək. Dörd pərli avtomobil sürücüsüz hərəkət edir. Hələlik praktiki olaraq istifadəyə buraxılmayıb.

Qeyd edək ki, bu taksilərin 2019-cu ilin dekabr ayında ilk uçuşu uğurla keçirilib. Lakin onların nə vaxt istifadəyə veriləcəyi barədə dəqiq tarix göstərilməyib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az