Türkiyədə koronavirus peyvəndinin sınaqları uğurlu oldu

Türkiyədə koronavirus peyvəndinin sınaqları uğurlu oldu

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Türkiyə yeni koronavirusa qarşı özünün vaksinini hazırlayan ölkələr siyahısında ABŞ və Çindən sonra üçüncü yeri tutur.

Mediainfo.az “Anadolu“ agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatı (TÜBİTAK) tərəfindən yaradılan COVID-19-a qarşı 8 vaksin və 10 preparatın hazırlanması üzərində iş gedir.

"Türkiyə həkimləri tərəfindən hazırlanan koronavirusa qarşı iki vaksin heyvanlar üzərində sınaqlardan müvəffəqiyyətlə keçib. Onlardan birinin insanlar üzərində kliniki sınaqlarına icazə verilib", - dövlət başçısı bildirib.

Son sutkada ölkədə COVID-19-a 1 182 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 240 804 nəfərə yüksəlib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az