Beyrutda ölənlərin sayı 171-ə çatdı

Beyrutda ölənlərin sayı 171-ə çatdı

Livanın paytaxtı Beyrutun limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

Mediainfo.az xəbər verir ki, partlayışda ölənlərin sayı 171 nəfərə çatıb. Daha əvvəl 158 nəfərin öldüyü bildirilirdi.

Məlumata əsasən, 6 mindən çox insan xəsarət alıb, 300 min nəfər isə evsiz qalıb.

Qeyd edək ki, avqustun 4-ü Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.

Partlayışla əlaqədar avqustun 6-sı limanın direktoru da daxil olmaqla, liman administrasiyasının 16 məmuru saxlanılıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az