Fələstin Birləşmiş Ərəb Əmirliklərindəki səfirini geri çağırıb

Fələstin Birləşmiş Ərəb Əmirliklərindəki səfirini geri çağırıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə İsrail arasında münasibətlərin normallaşmasına dair razılığın əldə edilməsi səbəbindən Fələstin bu ölkədəki səfirini geri çağırıb.

Mediainfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər naziri Riyad əl-Maliki özünün "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

O bildirib ki, Fələstin rəhbərliyi İsrail, BƏƏ və ABŞ arasındakı üçtərəfli razılaşmanı qınayır.

Qeyd edək ki, yaxın həftələrdə İsrail və BƏƏ arasında investisiya, turizm, birbaşa uçuşlar, təhlükəsizlik, telekommunikasiya və digər sahələr üzrə bir sıra sazişlərin imzalanacağı bildirilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az