Almaniyada koronavirusa yoluxanların sayı 175 000-i ötdü

Almaniyada koronavirusa yoluxanların sayı 175 000-i ötdü

Almaniyada ötən sutkada 513 nəfərə koronavirus diaqnozu qoyulub.

Mediainfo.az xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb. Bununla da Almaniyada qeydə alınan yoluxma hallarının sayı 175 210-a yüksəlib. Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 72 nəfər artaraq 8 007-yə çatıb.

Bildirilib ki, ölkədə indiyədək 155 mindən çox insan bu infeksiyadan sağalıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,9 milyonu ötüb. Bunların 1,9 milyon nəfərdən çoxu sağalıb, 320 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVİD-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2025 (c) Mediainfo.az