Peskov Putin və Merkelin Navalnaya görə əlaqələri ilə bağlı vəziyyətə aydınlıq gətirdi

Peskov Putin və Merkelin Navalnaya görə əlaqələri ilə bağlı vəziyyətə aydınlıq gətirdi

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel hələlik Rusiya bloqçusu Aleksey Navalnının ətrafında yaranmış vəziyyətlə bağlı əlaqə saxlamayıblar.

Mediainfo.az Rian.ru-ya istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi tərəflərin tələbi ilə bu cür əlaqələrin baş tuta biləcəyini açıqladı.

"Hələlik prezidentlə kansler arasında əlaqə olmayıb, yaxın zamanlarda da heç bir razılaşdırılmış əlaqə yoxdur. Bilirsiniz ki, onlar telefonla kifayət qədər tez-tez ünsiyyətdə olurlar, ona görə ki, əgər tərəflərdən biri lazım bilsə, bu cür əlaqələr yarana bilər", - deyə Peskov qeyd edib.

Həmçinin, Kreml Merkelin Navalnaya dair bəyanatına münasibət bildirib.

"Amma yenə də deyirəm, kanslerin zəhərlənmə faktını (Navalnı – Red.) təsdiq etməsi üçün nə kimi səbəb olduğu barədə müəyyən informasiya qıtlığı var. Hələ ki, biz bunu başa düşmürük", – deyə Peskov bildirib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az