ABŞ-da 33 nəfər meşə yanğınlarının qurbanı olub

ABŞ-da 33 nəfər meşə yanğınlarının qurbanı olub

ABŞ-ın qərbində meşə yanğınlarının qurbanlarının sayı 33 nəfərə çatıb.

Mediainfo.az TASS-a istinadən xəbər verir ki, ən çətin vəziyyət Oreqon və Kalifornia ştatlarındadı, burada yanğınlarda 10 və 22 nəfər ölüb. Onların əksəriyyəti son bir neçə gündə həlak olub.

Aydahoda yerləşən Milli İdarələrarası Yanğın Mərkəzinin verdiyi məlumata görə, ümumilikdə, qərbi Amerika əyalətlərində 94 meşə yanğını davam edir və bəziləri ərazilərində rekord həddə çatıb. Onların ümumi sahəsi təqribən 1,9 milyon hektardır. Yanğının söndürülməsində 30 mindən çox yanğınsöndürən iştirak edir.

Ağ Evin Mətbuat Katibinin müavini Cadd Dir ölkə Prezidenti Donald Trampın 14 sentyabrda meşə yanğınları vəziyyəti ilə əlaqədar yerli hakimiyyət orqanlarının hesabatını dinləmək üçün Kaliforniyaya gedəcəyini açıqlayıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az