BMT Belarusu islahatlara çağırdı

BMT Belarusu islahatlara çağırdı

“Belarusda ciddi insan haqları pozuntularına cavabdeh olanlar üçün dialoqa və hesabatlılığa ehtiyac var”.

Mediainfo.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Cenevrədə BMT İnsan Haqları Şurasının (HRC) 45-ci iclasında bildirib.

“Belarusda ictimai sülhün bərpası üçün dərin dialoq, islahatlar və ciddi insan haqları pozuntuları törədənlərin məsuliyyətə cəlb olunması tələb olunur”,- deyə Baçelet qeyd edib.

Bununla yanaşı Baçelet, komissiyanı şiddətin və narazılığın daha da artmasının qarşısını almaq üçün bu üç sahəyə diqqət yetirməyə çağırıb.

“Təhlükəsizlik qüvvələri tərəfindən işgəncə və digər pis rəftarlarla bağlı bütün iddialar sənədləşdirilməli və pozuntu törədənlərin məsuliyyətə cəlb edilməsi üçün araşdırılmalıdır” - deyə Mişel Baçelet bildirib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az