BƏƏ və Bəhreyn İsraillə sazişi imzaladı

BƏƏ və Bəhreyn İsraillə sazişi imzaladı

İsrailin Baş Naziri Benyamin Netanyahu, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər naziri Abdulla bin Zayd əl-Nahayyan, Bəhreynin XİN rəhbəri Əbdül Lətif əz-Zəyani ABŞ Prezidenti Donald Trampın iştirakı ilə İsraillə əlaqələri normallaşdırmaqla əlaqədar barışıq sazişi imzalayıblar.

Mediainfo.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, Ağ Evdə imzalanmış sazişə əsasən, İsrail İordan çayının qərb sahilində məskunlaşma ərazilərinə suverenliyin genişləndirilməsini dayandıracaq. Ölkələrin birgə bəyanatına əsasən, bu addım Yaxın Şərqdə sülhə doğru irəliləməyə imkan verəcək.

Daha əvvəl Tramp bildirmişdi ki, daha 5-6 ölkə İsraillə əlaqələrin normallaşdırılması sazişini imzalaya bilər. Amerikalı lider konkret adlar çəkməsə də, “The Jerusalem Post”un xəbərinə görə, onlar arasında Oman və Səudiyyə Ərəbistanı da var. Ekspertlərin fikrincə, bu proses Yaxın Şərqdəki qonşularının əksəriyyəti üçün təhlükə kimi qiymətləndirilən İranın güclənməsi ilə əlaqəlidir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.09.18

"Neftçi" avrokuboklara vida etdi "Neftçi" avrokuboklara vida etdi 18 Sentyabr 2020 09:43

2020.09.17

Sabahın hava proqnozu açıqlanıb Sabahın hava proqnozu açıqlanıb 17 Sentyabr 2020 15:14

2020.09.16

"Qalatasaray" Bakıya gəldi "Qalatasaray" Bakıya gəldi 16 Sentyabr 2020 16:10
Neft sürətlə bahalaşır Neft sürətlə bahalaşır 16 Sentyabr 2020 15:27
Sabaha olan hava proqnozu Sabaha olan hava proqnozu 16 Sentyabr 2020 14:52
Prezident sərəncam imzaladı Prezident sərəncam imzaladı 16 Sentyabr 2020 13:00
Venesuela ABŞ təyyarəsini vurdu Venesuela ABŞ təyyarəsini vurdu 16 Sentyabr 2020 11:11

2020.09.15

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az