İsraildə yoluxma rekord həddə çatdı

İsraildə yoluxma rekord həddə çatdı

İsraildə bu gün səhərə olan məlumata görə, yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 166 794 nəfərə yüksəlib.

Mediainfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Son sutka ərzində 5523 yeni yoluxma hadisəsi qeydə alınıb. Hazırda 42862 nəfər virusun aktiv daşıyıcısıdır. Rekord sayda – 57165 koronavirus testi aparılıb.

Qeyd olunur ki, hazırda 535 xəstənin vəziyyəti ağırdır, onlardan 138-i ağciyərlərin süni tənəffüs cihazlarına bağlanıb.

Ümumilikdə, İsraildə koronavirusdan ölənlərin sayı 1147 nəfərdir.

Qeyd edək ki, 6 milyondan artıq əhalisi olan İsrail yaxın aylaracan koronavirusa yoluxma sayı ən aşağı olan ölkələr sırasında idi.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az