Pompeo Rusiyanı Belarusun suverenliyinə hörmət etməyə çağırdı

Pompeo Rusiyanı Belarusun suverenliyinə hörmət etməyə çağırdı

ABŞ Rusiyanı Belarusun suverenliyinə hörmət etməyə çağırır.

Mediainfo.az “TASS”a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Böyük Britaniyanın Xarici İşlər naziri ilə danışıqların yekunlarına dair ABŞ-ın Dövlət katibi Maykl Pompeo bildirib.

“Biz, həmçinin bütün ölkələr üçün, xüsusilə də Rusiya üçün, Belarusun suverenliyinə hörmət etmək zərurətini müzakirə etdik”, - Pompeo deyib.

O, etirazları “ruhlandırıcı” adlandırıb və Minski “qəddarlığı” dayandırmağa çağırıb.

O, həmçinin ABŞ-ın Belarus hakimiyyətindən “ABŞ vətəndaşının dərhal azad edilməsini” tələb etdiyini bildirib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az