Kadırovu ölümlə hədələyən çeçen bloqqer həbs olundu

Kadırovu ölümlə hədələyən çeçen bloqqer həbs olundu

Videomesaj vasitəsilə ​​Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı qisas elan edən, Murad Venski kimi tanınan çeçen blogger Murad Aslamxanov Avstriyada həbs olunub.

Mediainfo.az xəbər verir ki, bu barədə “Kavkaz.Realii” informasiya agentliyi Aslamxanovun yaxınlarına istinadən məlumat yayıb. Bildirilib ki, bloqqerlə birlikdə 29 yaşlı qardaşı Muxarbek Aslamxanov da saxlanılıb.

Daha əvvəl onlar qanunsuz silah saxlamaqda təqsirləndirilərək dindirilməyə çağırılıb, sonra isə sərbəst buraxılıblar. Lakin 16 sentyabrda Aslamxanovların evində polis tərəfindən aparılan axtarış sonrası hər iki qardaş həbs olunub.

Agentliyin məlumatına görə, Murad Venski qanunsuz silah saxlamaqla yanaşı Kadırovu və yaxın ətrafını ölümlə hədələməkdə təqsirləndirilir. Belə ki, bloqqer son videoların birində Kadırovdan qisas alacağını bildirərək Çeçenistan başçısının yaxın ətrafını ölümlə hədələyib.

Aslamxanov videomüraciətdə xüsusilə Çeçenistan parlamentinin sədri Maqomed Daudov və Çeçenistan Baş Nazirinin müavini Abuzaid Vismuradova qarşı təhdidlər səsləndirib. Aslamxanov Kadırovun onun qohumlarına toxunacağı təqdirdə bu vədi yerinə yetirəcəyinə söz verib.

Qeyd edək ki, bloqqer daha əvvəl, 2019-cu ilin dekabrında yayımlanan bir videoda Kadırovun siyasətini tənqid etmişdi. Həmin vaxt o, Avstriya həbsxanalarının birində cəza çəkirdi. Avstriya hökuməti həbsdən çıxdıqdan sonra Aslamxanovu deportasiya etmək istəsə də yaxınlarının və dostlarının etirazları nəticəsində bu, baş tutmamışdı.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az