15 milyardlıq layihə: Rusiya və Çin izləniləcək

15 milyardlıq layihə: Rusiya və Çin izləniləcək

ABŞ-la Kanada Rusiya və Çinin hərbi mövcudluğuna qarşı çıxmaq üçün Arktika bölgəsində müdafiə peyk şəbəkəsini və müşahidə sistemini yeniləyəcək.

Mediainfo.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.

Nəşrin məlumatına əsasən, ABŞ Prezidenti Co Bayden Kanada Baş naziri Castin Trudodan Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) modernləşdirilməsi üçün xərcləri artırmağı istəyib.

Nəşr qeyd edib ki, Soyuq müharibə dövründə NORAD SSRİ-ni əhatə etmə strategiyasında mühüm rol oynayıb. Vaxt keçdikcə nəzarət sistemi köhnəlib.

NORAD komandanlığının keçmiş siyasi məsləhətçisi Mişel Davson bildirib ki, müasir Rusiya və Çin raketlərinin əvvəlki modellərə nisbətən səs sürəti beşqat artıqdır və uzun məsafələrə uçma qabiliyyətinə sahibdir. Buna görə Arktika sistemi onları izləyə bilmir.

Manitoba Universitetinin mütəxəssislərindən birinin proqnozuna əsasən, modernləşdirmə layihəsi ölkələrə təxminən 15 milyard dollara başa gələ bilər. Kanada altı milyard dollar ödəməli olacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az