“Noyabrın 10-da diz çöküb, özlərini vurmalı idilər”

“Noyabrın 10-da diz çöküb, özlərini vurmalı idilər”

“Ermənistan rəsmilərində ləyaqət hisləri olsaydı, Qarabağla bağlı üçtərəfli bəyanatı imzaladıqdan sonra özlərini vurmalı idilər”.

Mediainfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiya KİV-ləri üçün keçirdiyi mətbuat konfransında deyib.

“Rəsmilər noyabrın 10-da diz çökməli və xalqdan bağışlanmasını istəməli idi. Əgər ləyaqətləri olsaydı, özlərini vurardılar”, - sabiq prezident vurğulayıb.

Onun sözlərinə görə, mövcud hakimiyyət həqiqətən ölkə haqqında düşünsəydi, yerlərini danışıqlar aparmağı bacaran insanlara verərdi:

“Əlbəttə ki, bu razılaşmanı istəmirik. Ancaq yaxşı bir razılaşma əldə etmək üçün müharibədə qalib gəlməli və ya heç olmasa, məğlub olmamalısan. İmzalanmış sənəd bir yarım səhifədə yerləşdirilib. Bu cür suallar bir yarım səhifədə həll olunmur”.

Onun sözlərinə görə, rəsmilər bunu edə bilmirlər - nə əqli, nə peşəkar, nə də mənəvi cəhətdən: ”Ermənistanın hazırkı hökuməti Qarabağla bağlı danışıqlar aparacaq səviyyədə deyil”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az