Dəməşq məhkəməsindən “Syriatel” şirkətinin rəhbərinə sərt cəza

Dəməşq məhkəməsindən “Syriatel” şirkətinin rəhbərinə sərt  cəza

Dəməşq məhkəməsi “Syriatel” şirkətinin rəhbəri, prezident Bəşər Əsədin qohumu Rami Mahlufun ölkəni tərk etməsinə qadağa qoyub.

Mediainfo.az xəbər verir ki, bu məlumatı Suriya Dövlət Televiziyası yayıb. Məhkəmə bu qərarı Suriya telekommunikasiya tənzimləyicisinin qaldırdığı vəsatət əsasında qəbul edib. Belə ki, Mahlufun şirkətinin maliyyə borcu olduğu və onun təcili ödənilməsi tələb olunub.

Ərəb mətbuatı Mahufun dövlətə 334 milyon dollar borcunun olduğunu iddia edib. Mahluf bu borcun yarısını verə biləcəyini söyləyib və Əsəddən bunun üçün şirkətin ləğv edilməməsini xahiş edib.

Qeyd edək ki, “Syriatel” Suriyanın ən böyük mobil operatorudur. O, bazarın 70%-nə nəzarət edir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az