Qazaxıstanın bütün hava limanları fəaliyyətini bərpa edir

Qazaxıstanın bütün hava limanları fəaliyyətini bərpa edir

Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin məlumatına görə, mayın 25-dən ölkənin bütün şəhərləri arasında hava əlaqəsi tamamilə bərpa olunacaq.

Mediainfo.az xəbər verir ki, ciddi karantin sanitariya qaydalarına riayət olunaraq aviaşirkətlər tərəfindən reyslərin sayı müstəqil şəkildə müəyyən ediləcək.

Uçuşlar nəqliyyatda baş sanitar həkimin müəyyən etdiyi ciddi sanitariya təhlükəsizliyi tədbirləri şəraitində həyata keçiriləcək, yəni şəxsi qoruyucu vasitələrdən, termometriyadan, təyyarəyə minmədən əvvəl sosial məsafə qorunmaqla hava limanları və təyyarələrdə dezinfeksiya işləri aparılacaq.

Qeyd edək ki, artıq Qazaxıstan daxilində bir çox şəhərlər arasında aviareyslər mayın 1-dən bərpa edilib.

Xatırladaq ki, Qazaxıstanda COVID-19 pandemiyası səbəbindən fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar ölkədə sərnişindaşımaların bütün növlərinin fəaliyyətinə məhdudiyyətlər qoyulmuşdu.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az