Baş nazirdən qərar: Bu yolun adı dəyişdirildi

Baş nazirdən qərar: Bu yolun adı dəyişdirildi

Nazirlər Kabineti “Yerli əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında” 31 mart 2005-ci il tarixli qərarına dəyişiklik edib.

Mediainfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov əmr imzalayıb.

Əmrə əsasən, Şamaxı rayonundakı “Şağiyan yolu”nun adı “Günəşli yolu”na dəyişdirilib.

Bundan başqa, Azərbaycan hökumətinin “Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 17 iyun 2014-cü il tarixli qərarında da dəyişiklik olunub. Dəyişikliyə əsasən, “Saqiyan kənd kitabxana filialı” “Günəşli kənd kitabxana filialı”, “Saqiyan kənd Mədəniyyət evi” isə “Günəşli kənd Mədəniyyət evi” adlandırılıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az