Türkiyədə şəhərlərə giriş-çıxış qadağası ləğv olunur

Türkiyədə şəhərlərə giriş-çıxış qadağası ləğv olunur

Türkiyədə 1 iyundan etibarən şəhərlərə giriş-çıxış qadağası ləğv olunur. Həmçinin restoranlar, qəhvəxanalar, hovuzlar müəyyənləşdirilən qaydalar daxilində saat 22:00-a qədər xidmətə başlayacaq.

Mediainfo.az-ın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronovirusla (COVID-19) bağlı nazirlərlə keçirilən sonuncu telekonfransdan sonra belə bildirib.

Türkiyə Prezidenti deyib ki, yeni normalaşma qaydaları ilə – maska, sosial məsafə və gigyenik təmizlik qaydalaraına əməl etmək şərtilə kitabxanalar, oxu evləri, muzeylər, açıq havadakı konsert salonları, uşaq başçalaraı və körpələr evləri, sürücü kursları, heyvan satış yerləri də müəyyənləşdirilmiş qaydada 1 iyundan fəaliyyətə başlayacaq.

Prezident onu da əlavə edib ki, əyləncə məkanları və nargilə qəbulu qadağası ləğv edilməyib. Küçəyə çıxma məhdudiyyəti 65 yaşdan yuxarı olan vətəndaşlar üçün bazar günü müəyyən edilmiş saat istisna olmaqla, eləcə də 0-20 yaş qrupuna aid olan küçəyə çıxma qadağası 0-18 yaş qrupuna endirilərək, çərşənbə və cuma günləri müəyyən edilmiş saatlar istisna olmaqla davam edəcək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.07.04

2020.07.03

2020.07.02

2020.07.01

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az