ABŞ-ın 25 şəhərində komendant saatı tətbiq edildi

ABŞ-ın 25 şəhərində komendant saatı tətbiq edildi

ABŞ-ın Minnesota ştatınıın Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümü ilə başlayan etirazlarla əlaqədar ölkənin 25 böyük şəhərində komendant saatı elan edilib.

Mediainfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd edilib ki, komendant saatı Los-Anceles və Beverli-Hills (Kaliforniya ştatı), Denver (Kolorado ştatı), Mayami (Florida ştatı), Atlanta (Corciya ştatı), Çikaqo (İllinoys ştatı), Luisvill (Kentukki ştatı), Minneapolis və Sent-Pol (Minnesota ştatı), Reçester (Nyu-York ştatı), Sinsinnati, Kolumbus, Deyton, Toledo və Klivlend (Oqayo ştatı), Portlend cə Yucin (Oreqon ştatı), Filadelfiya və Pittsburq (Pensilvaniya ştatı), Çarlston və Kolumbiya (Cənubi Karolina ştatı), Neşvill (Tennesi ştatı), Solt-Leyk-Siti (Yuta ştatı), Sietl (Vaşinqton ştatı) və Miluoki (Viskonsin ştatı) şəhərlərində tətbiq olunub.
Bundan əlavə, Minnesota, Corciya, Oqayo, Kolorado, Viskonsin, Kentukki, Yuta, Texas ştatlarında, o cümlədən paytaxtın Kolumbiya dairəsində küçələrdə nizam-intizamın təmin edilməsi üçün ABŞ Milli Qvardiyasının əsgərləri səfərbər edilib.
Xatırladaq ki, ABŞ-ın Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ölkədə ciddi etirazlara səbəb olub.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az