“Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginlikdə maraqlıdır“

“Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginlikdə maraqlıdır“

“Rusiya Ermənistana hər cür təzyiq göstərməyə çalışır”.

Mediainfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri qeyd edir: “Hökumətyönlü deputat Akop Aslanyan dünən bildirib ki, Rusiya və Türkiyə Ermənistan-Azərbaycan sərhədində Geqarkunik bölgəsindəki gərginlikdə maraqlıdır. Millət vəkili vurğulayıb ki, Rusiya Ermənistana hər cür təzyiq göstərməyə çalışır, çünki Sünik dəhlizi onun maraqlarına uyğundur. O, Ermənistanı Avropadan ayırmaq istəyir, çünki Rusiya və Türkiyə Ermənistanın İran, Hindistan və Çin vasitəsilə beynəlxalq tranzit yoluna çevrilməsinə qarşıdır.

Sonra Akop Aslanyan tarixi ekskursla bu imperiya dövlətinin heç vaxt Ermənistanla dost olmadığını sübut etməyə çalışıb.

Xatırladaq ki, dünən günorta saatlarında Azərbaycanın Rusiyanın təklif etdiyi atəşkəs şərtləri ilə razılaşdığı və erməni tərəfinin inadla bu şərtlərin məxfiliyini açmadığı xəbəri yayılıb.

Deputatın açıqlamasına görə, çox güman ki, söhbət Sünik bölgəsindən keçən bir dəhlizdən və ya hökumətin dediyi kimi, bir yoldan gedir".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az