“Bəzi dövlətlər Azərbaycandakı siyasi proseslərə müdaxilyə cəhd edirlər“

“Bəzi dövlətlər Azərbaycandakı siyasi proseslərə müdaxilyə cəhd edirlər“

"Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni və həssas mərhələyə qədəm qoyub. Bu dövrdə Vətən müharibəsindəki qələbəmiz daha da möhkəmləndirilməli, ölkədə sabitlik, birlik və həmrəylik qorunmalı, siyasi islahatlar uğurla davam etdirilməli, siyasi partiyalar arasında dialoq gücləndirilməlidir".

Mediainfo.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, hazırkı mərhələdə hər bir şəxs və siyasi partiya məsuliyyətini tam dərk etməli, ölkənin inkişafı, dövlətçiliyin gücləndirilməsi, müstəqilliyin möhkəmləndirilməsi üçün səylə çalışmalıdır: "Son illər ölkəmiz siyasi partiyalarla dialoq istiqamətində bir sıra ciddi uğurlara nail olub. Azərbaycanda mövcud vəziyyəti təhlil edib ölkədəki siyasi partiyalarla qarşılıqlı dialoqda yeni bir mərhələyə qədəm qoyulduğunu söyləyə bilərik. Bu baxımdan Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Qısa müddətdə şöbə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarla işgüzar əlaqələr qurmağa nail olub. Şöbə davamlı olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyalarla görüşlər keçirir, onları narahat edən məsələlərlə bağlı müzakirələr aparır".

C.Məmmədov qarşıda hələ həllini gözləyən bir sıra vacib məsələlərin olduğunu da vurğulayıb: "Siyasi partiyalarla dialoq ölkə əhalisi arasında birlik və həmrəyliyini qorunması, kənar təsirlərin ölkədəki siyasi-ictimai proseslərə təsir baxımından da xüsusi əhəmiyyət daşıyır. Hazırda bir sıra dövlətlərin Azərbaycandakı siyasi proseslərə hələ də müdaxilə cəhdlərini müşahidə edirik. Onlar bunun üçün münbit şəraitin yaranmasını gözləyirlər. Ancaq buna nail ola bilməyəcəklər. Heç şübhəsiz ki, zaman keçdikcə siyasi partiyalar arasında əlaqələr daha da intensiv xarakter alacaq. Ölkəmizdə, eləcə də bölgədə cərəyan edən proseslər bu intensivliyi zəruri edir. Bunun üçün Azərbaycanda qətiyyətli iradə və prinsipial mövqe mövcuddur".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az