Bəy və gəlinə toy günü vaksin vurdurmaq etik deyil – Həkim

Bəy və gəlinə toy günü vaksin vurdurmaq etik deyil – Həkim

Bu cür vaksinasiya tədbirlərini doğru saymıram. Çünki heç bir etikaya sığmır. Mən ilk peyvənd olunan, peyvəndi təbliğ edən, bununla bağlı dəfələrlə musahibə verən həkim olmuşam. Öncədən də demişdim ki, vaksinasiya tədbirlərini kütləvi etsinlər. İş yerlərində, səyyar məntəqələrdə və s. Bizim TƏBİB-çilər isə nəsə çox ləng tərpəndilər. İndi düşüblər əl-ayağa və bu cür uyğunsuz aksiyalar həyata keçirirlər.

Mediainfo.az xəbər verir ki, bu sözləri həkim Aytən İsmayılzadə Zərdabda bəy və gəlinin peyvənd olunmadıqlarına görə toya buraxılmamasına münasibət bildirərkən deyib.

“Məlumdur ki, pandemiya vaxtı toysuz ailə həyatı quranlar olub. Onlar indi toy məclisi edir. Buna haqları da var. Amma onları gəlib toy günü peyvəndləmək nə dərəcə doğrudur? Hər kəs bilir ki, peyvənddən ən azı allergik reaksiya, ən çoxu anafilaktik şok ola bilər. Və bunu toy günü yaşamaq lazımdırmı? Məclisə daxil olanlardan kimin hərarəti ölçülür? Peyvənd pasportu olsa da, koronavirusa yoluxmaq riski var. Yəni ehtiyat tədbirimiz niyə bəy və gəlindən başlamalıdır? TƏBİB-ə vaksinasiya tədbirlərini daha sivil qaydada həyata keçirməyi məsləhət görürəm”, - həkim bildirib.

Qeyd edək ki, Zərdab rayonunun Qoruqbağı kəndində yerləşən "Eldayaq" şadlıq sarayında ötən gün keçirilən monitorinq zamanı bəy İsaq Cabir oğlu Səmədov və gəlin Səbinə Əlvan qızı Qurbanova vaksinasiya olunduqdan sonra məclisə buraxılmışdılar.

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.09.17

2021.09.16

2021.09.15

2021.09.14

2021.09.13

2021.09.12

2021.09.11

2021.09.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az