Bakı iki ermənini niyə bir azərbaycanlıya dəyişdi? - Polkovnikdən açıqlama

Bakı iki ermənini niyə bir azərbaycanlıya dəyişdi? - Polkovnikdən açıqlama

Rus sülhməramlılarının komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə Gəncə psixiatrik xəstəxanasından qaçaraq, sülhməramlıların məsuliyyət zonasına keçən və erməni separatçıları tərəfindən girov götürülən Cəmil Babayev geri qaytarılıb, əvəzində isə Azərbaycan iki erməni əsiri verib.

Maraqlıdır, Bakı niyə 2 ermənini hərbçisini bir azərbaycanlı hərbçiyə dəyişdi?

Mediainfo.az-ın verdiyi xəbərə görə, ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenisabah.az-a açıqlamasında deyib ki, Azərbaycan əsgərini erməni hərbçisi ilə heç vaxt bir tuta bilməz:

“Hər halda bu qərar qəbul olunubsa, deməli, bunu lazım bilib, qəbul ediblər. Bizim üçün hər bir azərbaycanlı əsir daha qiymətlidir. Ona görə deyə bilmərəm ki, kimi neçə nəfərlə dəyişmək lazımdır. Mən Azərbaycan əsgərini heç vaxt erməni ilə bir tuta bilmərəm. Erməni işğalçıdır, Azərbaycan əsgəri isə öz torpaqları uğrunda döyüşən əsgərdir. Azərbaycan əsgərinin öz yeri var.

Bir vaxtlar itkinlərlə bağlı mənə belə bir sual vermişdilər. Demişdim ki, siz neçə erməniyə bir Azərbaycan əsgərini qurban verərsiz? O suala heç kəs cavab verə bilmədi. Ona görə ki, bizim üçün hər bir Axzərbaycan vətəndaşı, əsgəri çox qiymətlidir”..

Polkovnikin sözlərinə görə, vacib olan məsələ hərbçimizin geri qayıtmasıdır:

“Dəyişmə prosesi bir adamın işi deyil. Hər halda buna kompleks yanaşıblar. Əgər biz bu gün bütöv addımlar ataraq, düşmənçilik mövqeyində olan ermənilərin əlindən öz hərbçimizi qaytarırıqsa, mənə elə gəlir ki, burada say lazım deyil. Bizə vacib olan əsgərimizin qayıtmasıdır. Hərbçimiz qayıtsın və bizim heç bir əsirimiz orada qalmasın. Düşünürəm ki, bu daha vacibdir.

O ki, qaldı kimi hansı formada neçə erməni ilə dəyişirlər. Mənə elə gəlir ki, onu ermənilərin törətmiş olduğu cinayətin ağırlığına görə seçmək olacaq. Həmin ermənilərə bizdə cinayət işi qaldırılıb. Ola bilsin ki, onların cinayəti o qədər də ağır deyil. Azərbaycan dövləti buna imkan verir ki, məhz bu qərarı, həmin formada qəbul etsin və bizim əsirlikdə olan hərbçi ilə dəyişsinlər”.

Ş.Ramaldanov həmin iki əsirin Azərbaycanda ağır cinayət törətdiyini düşünmədiyini qeyd edib:

“Ona görə də düşünmürəm ki, bu iki əsirdən hansısa Azərbaycanda ağır cinayət törətmiş olsun. Buna Azərbaycan həmişə diqqətlə yanaşıb.

Mina xəritələrinin birinci dəfə verilməsi ərəfəsində də biz Ermənistana əsirləri qaytardıq. Onlar guya bizim xəritələrə görə dəyişdiyimizi qələmə vermişdilər. Azəbaycan dövləti də bu haqda öz fikrini söyləmişdi. Bizdə sadəcə istintaq gedirdi. İstintaq nəticəsində Azərbaycan tərəfi bəyan etmişdi ki, o erməni əsgərləri ki, cinayət törətmiyiblər və yaxud ağır cinayətlərin törədilməsində iştirakçı olmayıblar, Ermənistana qaytarılacaq. Bu iki nəfəri əgər biz dəyişmək adı ilə qaytarırıqsa, düşünürəm ki, onlar cinayət törətməyən ermənilərdir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.09.17

2021.09.16

2021.09.15

2021.09.14

2021.09.13

2021.09.12

2021.09.11

2021.09.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az