PKK tərəfdarları azərbaycanlılara hücum etdi

PKK tərəfdarları azərbaycanlılara hücum etdi

Güney Azərbaycanın Sulduz şəhərində yerli türk əhaliyə qarşı kənardan gətirilən kürdlərin (farslar İraq kürdlərini Qərbi Azərbaycan vilayətinə köçürüb, Türkiyə ilə sərhəddə kürd “səddi” yaradırlar) hücumları təşkil olunub.

Mediainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, gecə saatlarında Qərbi Azərbaycanın Sulduz mahalının Saxsıtəpə kəndində etnik kürd azlığının nümayəndələri ilə yerli Azərbaycan türkləri arasında qarşıdurma baş verib. Torpaq sahəsinin bölüşdürülməsi üstündə baş verən qarşıdurmada bir nəfər qətlə yetirilib, 4 nəfər yaralanıb. Bu hadisə etnik kürd azlığının nümayəndələrinin yerli Saxsıtəpə türklərinin evlərinə basqın etməsi ilə nəticələnib.

Azərbaycanlı uşaqlar, qadınlar və yaşlılar döyülüb, təhqir olunublar.
Hökumət məmurlarının sözügedən hadisəyə laqeyd yanaşmasına etiraz edən gənc fəalların isə həbs edildiyi bildirilir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az