Sülhməramlılarla ermənilər atışdı: yaralılar var - Təcili

Sülhməramlılarla ermənilər atışdı: yaralılar var - Təcili

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsinə müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılarla erməni hərbçilər arasında silahlı insident olub.

Mediainfo.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Məlumata görə, münaqişəyə səbəb rusiyalı sülhməramlıların Ağdərə rayonu istiqamətində ermənilərin quraşdırdıqlı postlardan birinin sökülməsini tələb etmələri olub. Sülhməramlıların tələbini yerinə yetirməkdən boyun qaçırdıqlarına görə erməni hərbçilərilə münaqişə yaranıb. Münaqişə yaransa da rusiyalı sülhməramlılar postu söküblər.
Lakin ermənilər həmin ərazinin minalandığını Rusiyanın sülhməramlı kontingentinin mənsublarına bilərəkdən deməyiblər. Nəticədə sülhməramlılardan iki nəfər piyada əleyhinə minalara düşərək ağır yaralanıblar. Yaralılar Xankəndindəki hospitala aparılıblar.

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı olayı araşdırır.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az