Azərbaycanda son sutkada koronavirusdan 38 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirusdan 38 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirusa 2 676 yeni yoluxma qeydə alınıb, 3 893 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Mediainfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 460 092 nəfərin koronavirusa yoluxması müəyyən olunub, 409 404 nəfər müalicə olunaraq sağalıb, 6 103 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 44 585 nəfərdir.

Ötən gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 536, ötən müddət ərzində isə ümumilikdə 4 652 996 test aparılıb.

Son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 507 038, ikinci mərhələ üzrə isə 3 102 902 nəfər təşkil edir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az