İrəvan KTMT baş katibi vəzifəsinə namizəd axtarır

İrəvan KTMT baş katibi vəzifəsinə namizəd axtarır

Ermənistan hökuməti KTMT-nin baş katibi vəzifəsinə namizəd axtarır.

Mediainfo.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, sentyabrın 16-da KTMT sədrliyi Ermənistana veriləcək.

Qəzet hazırda hakimiyyətin bu vəzifəyə əsas namizəd kimi keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanı düşündüyünü, amma hələlik müəyyən şübhələrin qaldığını bildirib:

“Ermənistana avqustun 9-da KTMT Baş katibi Stanislav Zasın rəhbərlik etdiyi nümayəndə heyəti gəldi. Zas İrəvanda müdafiə naziri Arşak Karapetyanla görüşdü. Görüş zamanı Karapetyan Zası Ermənistanın KTMT-nin sədrliyinə konseptual yanaşması barədə məlumatlandırdı və erməni tərəfinin prioritetlərindən birinin təşkilatın effektivliyinin təkmilləşməsi və artırılması olduğunu bildirdi. İndi hakimiyyət bu işdə öz rolunu oynayacaq insanı axtarmağa cəhd edir”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az