Erməni nazirdən şok addım: “Lavrovun iştirak etdiyi görüşdə…”

Erməni nazirdən şok addım: “Lavrovun iştirak etdiyi görüşdə…”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən KTMT Təhlükəsizlik Şurasının xarici işlər nazirləri, müdafiə nazirləri və təhlükəsizlik qurumlarının rəhbərlərinin iclasında iştirak edib.

Mediainfo.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazıb.

Qəzet Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın iclasda iştirak etməməsinin diqqət çəkdiyini yazıb:

“Müdafiə naziri Arşak Karapetyan anasının ölümünə baxmayaraq, iclasda iştirak etdi. Ararat Mirzoyanın bu görüşdə iştirak etməməsi isə məlum deyil”.

Dünən Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistlərə deyib ki, Mirzoyan təyyarədəki nasazlıq səbəbindən Düşənbəyə uçmayıb.

Nəşr Ermənistan XİN-in bu açıqlamasını “bəhanə” və “gülünc” adlandırıb:

“Bəs Armen Qriqoryan necə uçdu? Təyyarədə nasazlıq olsa belə, digər xətlərlə getmək mümkün idi. Yəqin ki, Avropadan gəlmiş qonaqlarla görüşlərinə görə bundan imtina edib”.

Məlum iclasda Rusiya Xarici İşlər naziri Sergey Lavrov və digər üzv dövlətlərin baş diplomatları iştirak edib.

Qeyd edək ki, Ararat Mirzoyan Ermənistan hökumətində Rusiya əleyhdarı siyasətçilərdən biri kimi tanınır.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az