Yağmurlu hava şəraiti oktyabrın 7-dək davam edəcək - Xəbərdarlıq

Yağmurlu hava şəraiti oktyabrın 7-dək davam edəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-ü axşamdan 7-dək fasilələrlə yağış yağacağı gözlənilir.

Mediainfo.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Oktyabrın 6-da şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında oktyabrın 7-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2025 (c) Mediainfo.az