
Gürcüstanın Mərkəzi Sekçi Komissiyası (MSK) ötəngünkü yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb.
Mediainfo.az xəbər verir ki, MSK artıq 3 743 məntəqənin 1 446-dan (38,63 %) əldə olunan səsləri hesablayıb.
Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyası 48,56 %, müxalif Vahid Milli Hərəkat Partiyası isə 31,23 % səs əldə edib.
Üçüncü yeri isə 6,87 %-lə Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası tutub.
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin mer vəzifəsinə seçkilərin ikinci mərhələsinin təyin olunacağı gözlənilir.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.
Paytaxtdakı seçki məntəqələrinin 320-də bülletenlər (41,61 %) artıq hesablanıb. Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kaxa Kaladze 45,5 %, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya 34,13 %, “Gürcüstan naminə” partiyasından namizəd Giorgi Qaxariya isə 8,97 % səs toplayıb.
Qeyd edək ki, Tbilisi meri postu uğrunda ümumilikdə 16 namizəd mübarizə aparıb.