Baş Prokurorluq saxta “səyahət turlarını” satanlara xəbərdarlıq edib

Baş Prokurorluq saxta “səyahət turlarını” satanlara xəbərdarlıq edib

Son zamanlar ölkə ərazisində turizm şirkətlərinin sayı olduqca artmaqdadır.

Mediainfo.az-ın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin şirkətlər müxtəlif marketinq üsullarından istifadə etməklə “isti təkliflər” təqdim edib özlərinə müştəriləri cəlb edir.

Qeyd olunub ki, bir çox hallarda vətəndaşlar bu kimi təkliflərə aldanaraq kifayət qədər məlumat əldə etmədikləri, tanımadıqları turizm şirkətlərindən saxta “səyahət paketlərini” almağa tələsirlər və nəticədə dələduzluq əməllərinin qurbanlarına çevirirlər: "Səyahət etmək istəyən şəxslərə xarici ölkələrə tur aldıqları şirkətlərin etibarlılığına diqqət yetirmələrini və yalnız müvafiq rəsmi qeydiyyatdan keçmiş turizm şirkətlərinə ödəniş etmələrini tövsiyə edirik. Baş Prokurorluq saxta “səyahət turlarını” sataraq vətəndaşlara qarşı dələduzluq edən şirkətlərin və onların nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edir".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az